İQTİSADİYYAT


® "Rabitəbank"dan kompensasiya alacaq olan müştərilərə xəbər var!

"Rabitəbank" ölkə başçısının imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmana əsasən, kompensasiyaya dair SMS-lərin göndərilməsinə hazırlaşır.

Yaxın günlərdə "Rabitəbank" tərəfindən kompensasiya alacaq müştərilərə SMS göndəriləcək. SMS-də müştərinin yaxınlaşmalı olduğu filial, tarix və zəruri sənədlərin siyahısı yer alacaq. SMS-lərdə filiallara uyğun olaraq fərqli vaxtların təyin olunması kompensasiya alacaq müştərinin sırada uzun növbələrdə gözləməsinin qarşısını alaraq, xidmət keyfiyyətinin artırılması səbəbindəndir.

Qeyd edək ki, müştərilər xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portaldan (https://pk.fimsa.az/az/kompensasiya) əldə edə bilərlər.

Ölkənin ilk müstəqil banklarından olan "Rabitəbank" 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.