Külək elektrik stansiyalarında 11,4 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub

18.02.2019 [20:38]
Yanvarda Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 11,4 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 2,4 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. ...

“Azərenerji”: 330 kilovoltluq Ağstafa-Qardabani hava xətti yenidən qurulur

18.02.2019 [12:40]
Azərbaycanla Gürcüstan arasında çəkilən 330 kilovoltluq Ağstafa-Qardabani hava xəttinin ikidövrəli variantda yenidən qurulması layihəsi üzrə işlər davam edir. “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ...

Azərbaycanın elektrik enerjisi ixracı artıb

18.02.2019 [11:53]
Yanvarda Azərbaycanın elektrik enerjisi ixracı artıb. Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ötən ay ölkədən 248 milyon 475 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 11 milyon 116 min ABŞ dolları təşkil edib ...

“Azərişıq” cari ilin ilk mediaturuna 1 saylı “ASAN Kommunal”dan başlayıb

15.02.2019 [13:04]
Fevralın 15-də “Azərişıq” ASC 1 saylı “ASAN Kommunal”a mediatur təşkil edib. AZƏRTAC xəbər verir ki, qurumun perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli ASC-nin 1 saylı ...

Yanvarda “ASAN Kommunal” vasitəsilə “Azərişıq” ASC-yə 240-dək sahibkar müraciət edib

15.02.2019 [12:33]
Yanvarda 1 saylı “ASAN Kommunal” vasitəsilə “Azərişıq” ASC-yə 240-dək sahibkar müraciət edib və müraciətlərin 207-si icra olunub. AZƏRTAC xəbər verir ki, bu barədə ASC-nin perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib ...

Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal artıb

14.02.2019 [19:00]
Paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb. AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, elektrik enerjisi ...

Azərbaycan Tbilisidə keçirilən beynəlxalq enerji konfransında təmsil olunub

13.02.2019 [18:37]
Beynəlxalq Enerji Agentliyinin (IEA) dəstəyi ilə Tbilisidə energetika məsələlərinə həsr olunan (“EU4Enerji”) beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, 4 gün davam edən konfransda Azərbaycanı Energetika Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Dövlət ...

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal artıb

13.02.2019 [12:02]
Yanvarda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5 faiz artıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ay su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın həcmi 8,1 faiz çoxalıb ...

Pirallahıda yeni elektrik yarımstansiyası tikiləcək

12.02.2019 [13:03]
Pirallahı rayonu ərazisində yeni 110/35/6 kilovoltluq 2x40 meqavat gücündə “Pirallahı” yarımstansiyası inşa ediləcək. AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC “Pirallahı” yarımstansiyasının tikintisi, avadanlıqların quraşdırılması və 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyası ilə ...

“Azərenerji”: Enerji sistemin Dispetçer İdarəetmə Mərkəzi yenidən qurulur

12.02.2019 [11:57]
“Azərenerji” ASC etibarlılıq və təhlükəsizliyi artırmaq üçün enerji sistemin Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur. ASC-dən AZƏRTAC xəbər verir ki, bununla ölkənin enerji sistemi həm idarəetmə, həm də kiberhücumlara qarşı daha dayanıqlı olacaq. Artıq yüksəkgərginlikli elektrik ...

Energetika sektorunda islahatlara dair qanunvericilik bazası hazırlanır

09.02.2019 [11:11]
Energetika sektorunda islahatlara dair qanunvericilik bazası hazırlanır. AZƏRTAC xəbər verir ki, Energetika Nazirliyi energetika sektorunda bazar münasibətləri və bazar subyektlərinin ...

“Azərişıq”: Yanvarda “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə 20 mindən çox müraciət daxil olub

08.02.2019 [10:48]
Yanvar ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə 20 min 766 müraciət daxil olub. ASC-dən AZƏRTAC-a bildirilib ki, ötən ay sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün “ASAN xidmət”, “ASAN Kommunal” və “KOB evləri” vasitəsilə ...

Energetika Nazirliyi ilə “Total Eren” şirkəti anlaşma memorandumu imzalayıb

05.02.2019 [17:43]
Energetika Nazirliyi və Fransanın “Total Eren” şirkəti arasında Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb. Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sənədi energetika nazirinin müavini ...

Azərbaycanın energetika naziri XXII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək

05.02.2019 [15:43]
Fevralın 6-7-də İstanbulda keçiriləcək XXII Avrasiya İqtisadi Zirvəsində Azərbaycan nümayəndə heyətinin tərkibində energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. Energetika nazirinin “Azərbaycanın enerji potensialı və rəqəmsal enerji” mövzusunda ...

“Azərişıq” Binəqədinin bir neçə qəsəbəsində elektrik enerjisi şəbəkəsini yenidən quracaq

05.02.2019 [12:17]
“Azərişıq” ASC Bakının Binəqədi rayonunun bir sıra qəsəbələrində elektrik enerjisi şəbəkəsinin yenidən qurulmasına başlayır. ASC-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə müasir KTM-lər (Kompleks Transformator Məntəqəsi), SİP-kabellər, elektrik ...

“Azərenerji” yanvarda 192 milyon kilovat/saatadək elektrik enerjisi ixrac edib

04.02.2019 [13:51]
“Azərenerji” ASC yanvar ayında qonşu ölkələrə 191,9 milyon kilovat/saat elektrik enerjisi ixrac edib. ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərenerji” yanvarda 2 milyard 126 milyon kilovat/saat elektrik enerjisi istehsal edib. Bu ...

“Azərenerji”də audit keçiriləcək

01.02.2019 [18:04]
“Azərenerji” ASC-də ISO 9001:2015 və 14001:2015 beynəlxalq standartları üzrə sertifikatlaşdırılma məqsədilə audit keçiriləcək. AZƏRTAC ASC-yə istinadla xəbər verir ki, auditin keçirilməsinə “Buro Veritas Azeri” MMC cəlb edilib ...

Azərbaycan bərpaolunan enerjiyə dair birgə layihələr üçün Beynəlxalq Maliyyə Korporasiyasına təkliflər verəcək

31.01.2019 [16:22]
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə bərpaolunan enerji üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlikdə Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə ...

Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib

31.01.2019 [16:12]
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığına dair müzakirələr aparılıb. Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlikdə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib ...