Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadədən

17.04.2019 [19:38]
Möhtərəm cənab Prezident. Qafqaz bölgəsi dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna, dövlətimizin rəhbərinə və dünyanın tanınmış siyasi xadiminə salamlarımı və təşəkkürlərimi ünvanlayıram. Bu təşəkkür borcum 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətə ...

Dünya Bankının prezidenti cənab Devid Malpassa

08.04.2019 [15:37]
Hörmətli cənab Prezident, Dünya Bankının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Dünya Bankı arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk ...

Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Zuzana Çaputovaya

03.04.2019 [14:29]
Hörmətli xanım Çaputova, Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı ...

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətinə

28.03.2019 [19:15]
Hörmətli Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməkdaşları və veteranları! Sizi Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm ...

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə

27.03.2019 [12:07]
Hörmətli cənab Prezident, Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. ...

Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Md. Əbdül Həmidə

25.03.2019 [11:00]
Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm ...

Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Prokopis Pavlopulosa

24.03.2019 [11:00]
Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm ...

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Bərham Salehə

23.03.2019 [15:00]
Hörmətli cənab Prezident, Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə ...

Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Arif Alviyə

22.03.2019 [11:00]
Hörmətli cənab Prezident, Pakistan İslam Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan ilə Pakistanı möhkəm dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir ...

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

20.03.2019 [17:35]
Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlamanız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan və Qazaxıstanı çoxəsrlik dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Əminəm ki, xeyirxah ənənələrə ...

Tunis Respublikasının Prezidenti Zati-aliləri cənab Beji Kaid əs-Sebsiyə

19.03.2019 [15:00]
Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm ...

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

18.03.2019 [18:37]
Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram. Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin ...

İrlandiyanın Prezidenti Zati-aliləri cənab Maykl Higginsə

16.03.2019 [17:09]
Hörmətli cənab Prezident, İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm ...

Yeni Zelandiyanın Baş naziri Zati-aliləri xanım Casinda Ardernə

15.03.2019 [17:05]
Hörmətli xanım Baş nazir, Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi ...

Roma Papası Fransisk Həzrətlərinə

12.03.2019 [17:54]
Zati-müqəddəsləri, Tacqoyma Gününüzün ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm ...

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uhuru Kenyattaya

11.03.2019 [17:26]
Hörmətli cənab Prezident, “Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərindən son dərəcə kədərləndim ...

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri xanım Sahle-Uork Zevdeyə

11.03.2019 [17:25]
Hörmətli xanım Prezident, “Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına ...

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

07.03.2019 [17:01]
Hörmətli Mehriban Arif qızı. Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə xas olan xeyirxahlıq, ziyalılıq və mühüm dövləti məsələlərin həllinə müdrik yanaşma həqiqətən heyranlıq doğurur ...

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Maki Salla

07.03.2019 [15:52]
Hörmətli cənab Prezident, Seneqal Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasında dostluq və əməkdaşlıq ...