Əfqanıstanda hava zərbələri nəticəsində 8 dinc sakin həlak olub

22.07.2019 [18:06]
Əfqanıstanın Loqar əyalətində “Taliban” silahlılarının bazasına endirilən hava zərbələri nəticəsində səkkiz dinc sakinin, o cümlədən qadın və uşaqların həlak olduğu bildirilir. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, əyalət polisinin sözçüsü Şahpur ...

Efiopiyada polislə etirazçılar arasında toqquşmada ən azı 25 nəfər ölüb

22.07.2019 [17:16]
Efiopiyanın cənubunda polislə etirazçılar arasında baş vermiş toqquşmada ən azı 25 nəfərin öldüyü bildirilir. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin xəstəxanalarındakı mənbələr yayıblar ...

51 il əvvəl yoxa çıxmış fransız sualtı qayığı tapılıb

22.07.2019 [16:48]
Fransa Müdafiə Nazirliyinin təşkil etdiyi axtarış qrupu 51 il əvvəl yoxa çıxmış fransız sualtı qayığını tapıb. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, bu məlumatı Fransanın Müdafiə naziri Florens Parli özünün Twitter səhifəsində yayıb ...

Rusiyadan Gürcüstana uçan sərnişinlərin sayı 78,6 faiz azalıb

22.07.2019 [16:10]
İyulun 8-dən Rusiya hökumətinin Gürcüstana uçuşlara müvəqqəti qadağa qoymasından sonra hava nəqliyyatı ilə bu istiqamətdə hərəkət edən rusiyalı sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 78,6 faiz azalıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Gürcüstandakı iqtisadi ...

Rusiya xarici ölkələrdən meyvə-tərəvəz gətirilməsi qaydalarını sərtləşdirib

22.07.2019 [15:30]
Rusiya hökuməti xarici ölkələrdən meyvə-tərəvəz və gül gətirilməsi qaydalarını sərtləşdirib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yeni qaydalar avqustun 19-dan qüvvəyə minəcək. Bu tarixdən etibarən avtomobillərin baqaj ...

Türkiyə Suriyada hərbi əməliyyatlara başlaya bilər

22.07.2019 [15:16]
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Suriyanın şimalında təhlükəsiz zona yaradılması planı baş tutmazsa, o zaman Ankara öz ərazilərinin təhlükəsizliyini təmin etmək üçün Fərat çayının şərqində hərbi əməliyyatlara başlaya bilər ...

Somalidə terror aktı nəticəsində ən azı 10 nəfər ölüb

22.07.2019 [14:50]
Somalidə avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində ən azı 10 nəfər ölüb, onlarla adam yaralanıb. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, terror aktı paytaxt Moqadişoda polis-nəzarət məntəqəsinin yaxınlığında törədilib ...

Hindistan Aya kosmik missiya göndərib VİDEO

22.07.2019 [14:32]
İyulun 22-də super kosmik güc olmağa çalışan Hindistan Aya kosmik missiya göndərib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Andhra Pradeş ştatındakı “Satiş Dhavan” kosmik mərkəzindən “Çandrayaan-2” kosmik gəmisinin buraxılışı uğurla həyata keçirilib ...

Türkiyədə axtarışda olan daha iki təhlükəli terrorçu zərərsizləşdirilib

22.07.2019 [14:16]
Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Bingöl-Yedisu rayonu ərazisində həyata keçirilən antiterror əməliyyatı nəticəsində məhv edilən 4 PKK terrorçudan ikisi axtarışda olub. AZƏRTAC xəbər verir ki, məhv edilən terrorçuların şəxsiyyəti müəyyən edilərkən aşkar edilib ki, onlardan biri "Şevin" ləqəbli ...

Avstriya təxminən 100 iranlıya sığınacaq verib

22.07.2019 [14:12]
İki il bundan əvvəl ABŞ-a səfər edərkən, Vyana beynəlxalq hava limanından buraxılmayan yüzədək iranlıya Avstriyada rəsmi olaraq sığınacaq verilib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ilk gündən həmin şəxsləri öz himayəsinə alan Avstriyanın baş yepiskopu ...

Kosta-Rikada saxta spirtli içkilərdən 19 nəfər həyatını itirib

22.07.2019 [13:24]
Kosta-Rikada tərkibində yüksək dozada metanol spirti olan saxta içkilərdən 19 nəfər həyatını itirib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Kosta-Rikada saxta spirtli içkilərin geniş yayılması səbəbindən bu sahədə xüsusi rejim elan olunub ...

İranda 17 nəfər casusluq ittihamı ilə məhkum olunub

22.07.2019 [13:07]
İranda 17 nəfər ABŞ-ın lehinə casusluq ittihamı ilə məhkum olunub. AZƏRTAC Fars agentliyinə istinadla xəbər verir ki, Tehran məhkəməsində onların bir neçəsi barəsində edam hökmü verilib. Agentliyin İranın İnformasiya Nazirliyinə istinadla yaydığı xəbərdə deyilir ki, casuslar İranın ...

Gürcüstan hökuməti “Kartli” külək elektrik stansiyasını özəlləşdirir

22.07.2019 [13:03]
Gürcüstan hökuməti “Kartli” külək elektrik stansiyasını (KES) özəlləşdirir. AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş Nazir Mamuka Baxtadze sərəncam imzalayıb. Artıq Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə stansiyanın əmlakının 100 faiz özəlləşdirilməsi və auksionda satışının təşkili barədə tapşırıq verilib ...

Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib

22.07.2019 [12:54]
Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC xəbər verir ki, hadisə Gürcüstanın Acarıstan Muxtar Respublikasının Xulo qəsəbəsi ərazisində qeydə alınıb. Batumiyə gedən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Nəticədə bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb ...

Maykl Pens: Amerika astronavtları 2024-cü ildə Aya qayıdacaqlar

22.07.2019 [12:52]
Birləşmiş Ştatların vitse-prezidenti Maykl Pens ilk insanın Ayın səthinə enməsinin 50 illiyi ilə bağlı keçirilən tədbirdə bildirib ki, Amerika astronavtları Marsa uçmaq məqsədilə kosmik baza yaratmaq üçün 2024-cü ildə Yerin təbii peykinə qayıdacaqlar ...

Türkiyədə “Akrep II” elektron mühərrikli zirehli maşın sınaqdan çıxarılıb

22.07.2019 [12:49]
Türkiyə Silahlı Qüvvələri arsenalını yerli sənaye məhsulları ilə genişləndirməkdə davam edir. AZƏRTAC xəbər verir ki, ilk dəfə olaraq “Akrep II” elektron mühərrikli zirehli maşın istehsal olunub. Hərbi maşın sınaqdan uğurla çıxıb ...

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat edib

22.07.2019 [12:07]
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukiya Amano vəfat edib. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, agentliyin rəhbərinin ölümü ilə bağlı xəbər üzv ölkələrə göndərilib. Yaponiyalı 72 yaşlı diplomat iki il əvvəl dörd illiyinə - 2021-ci il noyabrın 30-dək yenidən BAEA-nın sədri seçilmişdi ...

Yaponiyada yuxarı palataya seçkilərdə hakim koalisiya üçdəiki üstünlüyü təmin edə bilməyib

22.07.2019 [12:01]
Yaponiyada iyulun 21-də keçirilmiş seçkilərdə hakim koalisiya parlamentin yuxarı palatasına nəzarəti saxlasa da, həlledici faiz həddini təmin etmək üçün səs üstünlüyü qazana bilməyib. AZƏRTAC xəbər verir ki, Konstitusiyaya dəyişiklik etmək istəyən koalisiya və qanunvericilər yuxarı palatada üçdəiki üstünlüyə ...

“Lüfthanza” Misirə uçuşları bərpa edib

22.07.2019 [11:55]
Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti “Lüfthanza” Misirin paytaxtı Qahirəyə uçuşları bərpa etdiyini elan edib. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, iyulun 19-da aviaşirkətin rəhbərliyi uçuşların dayandırılmasını təhlükəsizliklə bağlı problemlərlə əsaslandırıb ...