DÜNYA


Avstraliyada şirin içkilərə vergi qoyula bilər

Bakı, 25 aprel, AZƏRTAC

Avstraliyada Kvinslend Universitetinin ictimai səhiyyə məktəbinin hazırladığı tövsiyə xarakterli hesabata əsasən, tərkibində şəkər olan içkilərə 20 faizlik vergi tətbiq edilməsi hər il dövlət büdcəsinə əlavə 400 milyon Avstraliya dolları vəsait cəlb olunmasına və səhiyyə xərclərinin 20 milyon dollar azaldılmasına şərait yaradacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hesabatda şəkərə vergi tətbiq edilməsinin iqtisadi nəticələrinə və bunun əhalinin sağlamlığına təsirinə toxunulub.

Hesabatda deyilir: "Şəkərli içkilərə vergi qoyulması nəticəsində 2-ci tip diabet xəstəliyinə tutulanların sayının ildə 800 nəfər azalacağını müəyyənləşdirdik. Qarşıdakı 25 il ərzində ölkədə ölüm sayında hər il 1600 azalma olacaq, ürək-damar xəstəliklərinin insan ölümlərinə təsiri isə əhəmiyyətli şəkildə azalacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.