İQTİSADİYYAT


Azərbaycan, Gürcüstan və Rusiya dairəvi elektrik enerjisi şəbəkəsi yaradacaq

Tbilisi, 25 may, AZƏRTAC

Azərbaycan, Gürcüstan və Rusiya dairəvi elektrik enerjisi şəbəkəsi yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstan Dövlət Elektrik Sistemləri” SC məlumat yayıb.

Bildirilir ki, hər üç tərəfin ekspert və mütəxəssisləri Tbilisidə Azərbaycan, Gürcüstan və Rusiyanın elektrik sistemlərinin iş mexanizmini müzakirə ediblər. Görüşdə elektrik enerjisi sahəsində əlaqələrin inkişaf etdirilməsinin, enerjinin ötürülməsi mexanizmlərinin idarə olunması ilə bağlı əlaqələndirici mexanizmin yaradılmasının məqsədəuyğun olduğu vurğulanıb.

Ekspertlər birgə dairəvi elektrik enerjisi sisteminin yaradılması barədə razılığa gəliblər. Bu şəbəkə hər üç ölkədə elektrik enerjisi sisteminin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin edəcək, elektrik enerjisinin idxal və ixracını artırmağa imkan yaradacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.