RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aşağıdakı şəxslər “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

İnam Kərimov

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Xalid Əhədov

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,10 iyun 2019-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin