İQTİSADİYYAT


Beş ayda Gürcüstan Azərbaycandan 539,67 milyon kilovatsaat elektrik enerjisi idxal edib

Tbilisi, 16 iyun, AZƏRTAC

Cari ilin yanvar-may ayları ərzində Gürcüstan 614,1 milyon kilovatsaat elektrik enerjisi idxal edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru” (ESCO) məlumat yayıb.

Məlumatda deyilir ki, qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin 87,9 faizi Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 539,67 milyon kilovatsaat elektrik enerjisi idxal edib.

Cari ilin ilk beş ayında Gürcüstan Rusiyadan 74,43 milyon kilovatsaat həcmində elektrik enerjisi tədarük edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.