MƏDƏNİYYƏT


Böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

Bakı, 25 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası Xətai rayon 257 nömrəli tam orta məktəblə birgə böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi 650” adlı tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamları iştirakçıların diqqətinə çatdırılıb, Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə geniş məlumatlar verilib.

Xətai rayon MKS-nin əməkdaşı Gülzadə Quliyeva İmadəddin Nəsiminin Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğu və onun ədəbi irsi barədə danışıb.

Sonda Xətai rayon 257 nömrəli tam orta məktəbin direktoru Qarat Qaratov şairin Azərbaycan xalqının mənəviyyat xəzinəsində tutduğu mövqedən, Nəsimi irsinin milli-mənəvi dəyərlərindən, ədəbi irsinin tədqiqi sahəsində məktəbdə görülən işlərdən, tədbirlərdən ətraflı məlumat verib.

Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Nəsiminin qəzəllərindən nümunələr səsləndiriblər. Həmçinin “Nəsimi” filmindən fraqmentlər təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.