MƏDƏNİYYƏT


Danimarka ictimaiyyətinə Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumat verilib

Stokholm, 25 iyun, Rauf Əliyev, AZƏRTAC

Danimarkanın Lungbü şəhərində “İnteqrasiya Günü” münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizi tədbirdə həmişəki kimi Danimarka “Vətən” Cəmiyyəti təmsil edib.

Tədbirdə “Vətən” Cəmiyyəti tərəfindən yaradılan Azərbaycan guşəsində ölkəmizin tarixini və mədəni zənginliyi, xalqımızın multikultural dəyərləri ilə bağlılığı, habelə 21-ci əsrdə nail olduğu inkişafı əks etdirən broşürlar və kitablar təqdim edilib. Bununla yanaşı, cəmiyyətin nümayəndələri qonaqlara ölkəmiz barədə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.

Sonda Danimarka “Vətən” Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Cırtdan” uşaq yaradıcılıq qrupunun çıxışları mərasim iştirakçılarının böyük marağına səbəb olub.

Tədbir əsnasında Lungbü şəhər koordinatoru Line Barklund Azərbaycan guşəsinə gələrək diasporumuzun fəalları ilə söhbət edib. Bildirib ki, Azərbaycan diaspor fəallarının keçirilən tədbirdə aktiv iştirakı və “Vətən” Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Cırtdan” uşaq yaradıcılıq qrupunun çıxışı tədbirin daha maraqlı keçməsinə töhfə verir. O, fəal iştiraklarına görə “Vətən” Cəmiyyətinin fəallarına öz minnətdarlığını bildirib.

Qeyd edək ki, “İnteqrasiya Günü”nün keçirilməsində məqsəd Danimarkada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatları tərəfindən öz ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini ölkə əhalisinə nümayiş etməsi üçün şərait yaratmaqdır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.