İQTİSADİYYAT


Energetika naziri vətəndaşları qəbul edib

Bakı, 4 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə Energetika Nazirliyində vətəndaşları qəbul edib. Qəbulda Bakının Qaradağ və Nizami rayonlarından, eləcə də Şirvan şəhərindən olan 10-a yaxın vətəndaş iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik xətlərinin dəyişdirilməsi, qaz sayğaclarının yenilənməsi, tikinti obyektlərinin qaz təchizatı şəbəkəsinə qoşulması, işlə təminat və digər məsələlərlə bağlı olub.

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.