MƏDƏNİYYƏT


Həftəsonu Akademik Musiqili Teatrda maraqlı tamaşalar göstəriləcək

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 19-da saat 19:00-da “Toya bir gün qalmış”, aprelin 20-də saat 19:00-da “Amerikalı kürəkən”, aprelin 21-də saat 19:00-da isə “Baladadaşın toy hamamı” tamaşaları təqdim ediləcək.

Balaca teatr həvəskarları aprelin 20-də saat 12:00-da “Qırmızı papaq” musiqili nağıl-tamaşasına baxa biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, aprelin 19-da və 21-də saat 12:00-da “Qızıl cücə” tamaşası uşaqlar üçün rus dilində göstəriləcək.

Bu həftə nümayiş olunacaq tamaşalarda teatrın sevimli aktyorları - Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova başda olmaqla, sənət ocağının bütün aktyorları iştirak edəcək.

Vaxtını maraqlı və yaddaqalan keçirmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.