MƏDƏNİYYƏT


II Beynəlxalq İslam Kulinariya Çempionatı təşkil olunacaq

Bakı, 12 iyul, AZƏRTAC

Bakıda keçiriləcək Dünya İslam Kulinariya Konqresi çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuat konfransında Milli Kulinariya Mərkəzinin prezidenti, professor Tahir Əmiraslanov söyləyib.

Bildirib ki, yarışlar komanda və fərdi şəkildə olacaq. Çempionatda, həmçinin şadlıq sarayları “bəy-gəlin” və “qonaq” süfrəsi, otellər “Azərbaycan səhər yeməyi”, ketrinq şirkətləri “Azərbaycan mətbəx furşeti”, aviaşirkətlər “Bort yeməyi”, şirniyyat müəssisələrimiz şirniyyat siniflərində yarışa biləcəklər. Eyni zamanda, müxtəlif mətbəx incəsənəti sinifləri üzrə yarışlar olacaq.

Aşpazların isti yeməklərinin dadı, görünüşü, orijinallığı və s. peşəkarlıq baxımından 100 ballıq sistemlə dəyərləndiriləcək. Münsiflər heyəti beynəlxalq səviyyəli kulinariya hakimlərindən ibarətdir. Qiymətləndirmədə 100 balın 20 balı məhz milliliyə görə veriləcək. Burada aşpazlar bir-birinə deyil, peşə standartları səviyyəsi ilə yarışacaqlar. Yarış qaliblərinin çıxışları növbəti ixtisas dərəcəsini almaq üçün, kulinariya şurası tərəfindən əyani imtahan kimi qəbul ediləcək.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda iyulun 15-dən 19-dək Dünya İslam Kulinariya Konqresi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.