CƏMİYYƏT


İki körpə üzərində qapalı üsulla uğurlu ürək əməliyyatı aparılıb

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında uşaq kardioloqu Elnur İmanov iki ürək qüsurlu körpə üzərində qapalı ürək əməliyyatı aparıb. Çəkisi 8 kiloqram olan 16 aylıq Osman Rzayevdə qulaqcıqarası çəpər defekti və digər anomaliyalar, çəkisi 6 kiloqram olan 8 aylıq Məryəm Əlizadədə isə ağciyər arteriyasının stenozu cərrahi müdaxilə ilə aradan qaldırılıb. Xəstələr evə yazılıblar və vəziyyətləri qənaətbəxşdir.

Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.

E.İmanovun sözlərinə görə, O.Rzayevdə müayinə zamanı qulaqcıqarası çəpər defekti və digər anomaliyalar aşkar olunub. Xəstənin üzərində başqa əməliyyatların aparılmasına ehtiyac olduğundan çəpər defekti invaziv yolla aradan qaldırılıb.

“Digər körpə Məryəm Əlizadədə isə müayinə zamanı ağciyər arteriyasının stenozu müəyyən edilib. Körpənin ürəyində aşkarlanan qapaq darlığı pulmonar balon valvuloplastikanın müdaxiləsi ilə aradan qaldırılıb. Körpələr evlərinə buraxılıblar. Hazırda onların vəziyyəti qənaətbəxşdir”, - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, M.Əlizadənin üzərində aparılan əməliyyat universitetin Tədris Terapevtik Klinikasında qeydə alınan ilk cərrahi müdaxilədir. Belə ki, bu vaxtadək o yaşda və çəkidə heç bir körpə üzərində qapalı üsulla ürək əməliyyatı aparılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.