MƏDƏNİYYƏT


Kitabxananın əməkdaşları Milli Qurtuluş Gününü qeyd ediblər

Bakı, 12 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil ediblər.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadə açaraq bu əlamətdar gün barədə məlumat verib.

Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova ölkəmizdə 1992-1993-cü illərdə baş verən hadisələrdən danışıb, ulu öndər Heydər Əliyevin yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib.

Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi layihəsinin rəhbəri Mirisrafil Sabir Həsənov, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Məleykə Həsənova, kulturologiya üzrə fəlsəfə doktoru Xaləddin Sofiyev, kitabxana-informasiya mərkəzinin müdiri Tamilla Əsgərova və başqaları çıxışlarında dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan yeni bir mərhələyə daxil oldu. Ulu Öndərin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran aradan qaldırıldı, sabitlik və iqtisadi inkişaf təmin edildi.

Sonra tədbir iştirakçıları Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxı izləyiblər.

Sonda Mərkəzi Kitabxananın metodisti İradə Hüseynova çıxış edərək əməkdaşlığa görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.