DÜNYA


Milli Azadlıq Hərəkatı Gününün loqosu Türkiyədə ictimaiyyətə təqdim olunub

Ankara, 20 aprel, AZƏRTAC

Türkiyə Prezident Administrasiyasının Əlaqələr Başkanlığı 19 May - Milli Azadlıq Hərəkatı Gününün 100-cü ildönümü ilə bağlı hazırladığı loqonu ictimaiyyətə təqdim edib.

AZƏRTAC Əlaqələr Başkanlığına istinadla xəbər verir ki, Türkiyə Respublikasının qurulmasının təməl günü sayılan Milli Azadlıq Hərəkatı Gününün yubiley tədbirlərində bu loqodan istifadə olunacaq.

Qeyd edək ki, 19 may tarixi Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk milli azadlıq hərəkatının başlandığını elan edərək İstanbuldan yola çıxıb Samsun şəhərinə çatdığı gündür. Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, 19 may bütün ölkədə təntənəli şəkildə qeyd olunacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.