REGİONLAR


Milli Qurtuluş Günü böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir

Göyçay, 15 iyun, AZƏRTAC 

Azərbaycan tarixinin parlaq səhifəsi olan 15 iyun – Milli Qurtuluş Günü Göyçayda təntənəli surətdə qeyd edilib. Şəhərin mərkəzində, yaşıl teatr adlanan ərazidə təşkil olunan bayram tədbirində rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər. Sonra bu əlamətdar gündə şəhərin Ə.Kərim küçəsi ilə Natəvan küçəsinin kəsişməsində üzərində çinar və nar görüntüləri əks olunan postamentin və həmin ərazidə istirahət parkının açılışı olub.

Bayram konserti ilə davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı iştirakçıları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, xalqımızın taleyində böyük önəm daşıyan bu günün müasir, müstəqil, qüdrətli Azərbaycanın tarixində əvəzsiz rolunu vurğulayıb. Diqqətə çatdırıb ki, Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür. Bu tarix Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan böyük şəxsiyyətin - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Sonda bir qrup fəala rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.