REGİONLAR


Milli Qurtuluş Günü müstəqil Azərbaycanın zəfər tarixinin başlanğıcıdır

Tərtər, 15 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

15 iyun – Milli Qurtuluş Günü respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, onun həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə baxıblar.

Yeni Azərbaycan Partiyası rayon təşkilatının qərargahında davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, 1993-cü ilin iyununda respublikamızda yaranmış ağır vəziyyətdən, Ulu Öndərin xilaskarlıq missiyasından danışıb. Qeyd edib ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək lider yox idi. Ölkəyə rəhbərlik edənlər ümummilli lider Heydər Əliyevin Bakıya yolunu kəsir, ona qarşı müxtəlif təxribatlar törədirdilər.. Vəziyyət isə getdikcə kəskinləşirdi. Azərbaycan Respublikası faktiki olaraq müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən ermənilər torpaqlarımızı işğal edir, digər tərəfdən ölkə daxilində separatçılar baş qaldırırdı. 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr vətəndaş müharibəsinin başlandığına işarə idi. Bu hadisələr AXC-Müsavat cütlüyünün bacarıqsızlığını, səriştəsizliyini göstərdi. Qardaş qanı axıdılarkən belə, nəticə çıxarılmadı, vətəndaş qarşıdurmasına yol verməmək üçün heç bir tədbir görülmədi. Hakimiyyətdə olanlar özləri də dərk etdilər ki, Azərbaycanı parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsi gözləyir. Ona görə də xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdilər. Tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli Lider həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi. Onun Gəncəyə səfəri vətəndaş qarşıdurmasının qarşısını aldı. Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçilməsi Azərbaycan müasir tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.

Tədbirdə çıxış edən polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov və başqaları Ümummilli Liderin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqmətindəki xidmətlərindən danışıblar.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib.

Sonra Heydər Əliyev adına parkda Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin iştirakı ilə konsert proqramı nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.