İQTİSADİYYAT


Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

“Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsullarının Monteneqroya ixracı üçün imkanlar araşdırılmalı, eyni zamanda, Monteneqrodan Azərbaycana keyfiyyətli məhsulların idxalı üzərində işlər aparılmalıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artımı birmənalı olaraq gözlənilir. Düşünürük ki, Monteneqro və Azərbaycan arasındakı əlaqələrin potensialı qat-qat genişdir”, - deyə nazir əlavə edib.

Nazir ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin kifayət qədər geniş olduğunu, investisiya əməkdaşlığımızın ildən-ilə genişləndiyini deyib. Qeyd edib ki, Azərbaycan investorları Monteneqronun həm turizm, həm də maliyyə sektorunda fəal iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.