MƏDƏNİYYƏT


“Nəsimi romans” adlı respublika müsabiqəsinin son seçim turu keçiriləcək

Bakı, 27 may, AZƏRTAC

Mayın 29-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) bəstəkarlar arasında elan olunan “Nəsimi romans” adlı respublika müsabiqəsinin son seçim turu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, seçim turunun nəticəsinə əsasən müsabiqədə qalib olan bəstəkarların iştirakı ilə mayın 30-da qala-konsertin keçirilməsi də nəzərdə tutulur. Sonda qaliblər pul mükafatı və diplomla təltif olunacaqlar.

Qeyd edək ki, BMA-nın təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində reallaşan müsabiqə gənc bəstəkarları şairin irsi ilə tanış etmək, gələcək fəaliyyətlərində peşə inkişafı, yeni musiqili dil və onun inkişaf yollarını axtarmaq məqsədi daşıyır.

Müsabiqədə 20-35 yaş arası akademik səviyyədə bəstəkarlıq təhsili olan, habelə bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlardan ibarət Azərbaycan Respublikasının vətəndaşları iştirak edib.

Müsabiqənin əsas ideyası Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası Nəsiminin poeziyasının gənc musiqiçilər tərəfindən öyrənilməsi, romans janrında müasir repertuarların yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.