İQTİSADİYYAT


Novruz Məmmədov: Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır

Bakı, 12 iyun, Elvin Camalov, AZƏRTAC

Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov deyib.

Baş Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında həyata keçirilən bütün islahatlar və gələcəkdə görüləcək işlər barədə məlumat verib, bütün ictimaiyyət bu barədə bilir: “Bu gün ölkəmizin davamlı inkişafını təmin etmək üçün çox vacib addımlar atılır. Atılan addımlar və bu sahədə əldə edilən nailiyyətlər göz qabağındadır. Bu gələcək dövrlərdə də belə davam edəcək”.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi bugünkü mötəbər tədbirdə dünyanın bir çox ölkələrinin gömrük xidmətləri öz təcrübələrini bölüşür, konfransın işi informasiya texnologiyaları sahəsinin inkişafına təkan verir. Gömrük sahəsində görülən işlər ölkənin dayanıqlı inkişafı üçün əhəmiyyət kəsb edir. Dövlət Gömrük Komitəsi informasiya sahəsində böyük nailiyyətlər qazanıb və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.