DÜNYA


PKK Türkiyədə terror aktı törədib

Ankara, 12 iyul, AZƏRTAC

Türkiyənin Şırnak vilayətinin Cizrə rayonu ərazisində törədilən terror aktı nəticəsində mülki təhlükəsizliyin üç qarovulu yaralanıb.

AZƏRTAC xəbər verir ki, terror aktı PKK-çılar tərəfindən zibil qabına yerləşdirilmiş bombanın partlaması nəticəsində baş verib. Təhlükəsizlik qüvvələri bölgədə antiterror tədbirlərini gücləndirib.

Türkiyə qırıcıları isə İraqın şimalındakı Avaşin-Basyan və Metina bölgələrindəki terror hədəflərini bombalayıb. Bildirilir ki, dəqiq zərbələr nəticəsində 5 terrorçu məhv edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.