DÜNYA


Qara dənizin Bolqarıstana aid hissəsində “Briz 2019” hərbi-dəniz təlimləri başlayıb

Varna, 12 iyul, AZƏRTAC

Qara dənizdə, Bolqarıstanın Varna şəhəri sahillərində “Briz 2019” hərbi-dəniz təlimləri başlayıb. Təlimlərə NATO-nun üzvü olan 12 ölkədən - Bolqarıstan, Albaniya, Belçika, İngiltərə, Yunanıstan, İtaliya, Kanada, Polşa, Rumıniya, ABŞ, Fransa və Türkiyədən 2257 hərbçi, eləcə də 27 gəmi, 5 təyyarə və 6 helikopter cəlb edilib.

Hərbi təlimlərə iyulun 21-də yekun vurulacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Varna

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.