REGİONLAR


Qəbələ: arpa sahələrində orta məhsuldarlıq 31 sentnerdir

Qəbələ, 20 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Cari mövsümdə Qəbələ rayonunda 20 min 190 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 15 min 790 hektarını buğda, 4 min 400 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda arpa biçini davam edir. Bu günədək 2 min 200 hektar sahənin arpası biçilib, 6 min 820 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 31 sentner təşkil edir. Buğda biçininə bir neçə gündən sonra başlanılacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Sektor müdirinin sözlərinə görə, hazırda sahələrdə 37 taxılbiçən kombayn işləyir. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq.

Qəbələli fermerlər ötən ilki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 32,2 sentner məhsul götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.