CƏMİYYƏT


Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Rusiyada daha bir elmi jurnalın redaksiya heyətinə üzv seçilib

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Rusiyada daha bir elmi jurnalın redaksiya heyətinə üzv seçilib.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Q.Yetirmişli “Геология и геофизика Юга России” elmi jurnalının redaksiya heyətində Azərbaycandan olan yeganə alimdir.

Qeyd edək ki, RSXM-nin baş direktoru bundan əvvəl Rusiyada Yer elmləri sahəsinə aid olan daha üç elmi jurnalda redaksiya heyətinin üzvü idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.