İQTİSADİYYAT


Rusiya neft sənayesində OPEC qeyri-müəyyənliyi davam edir

Bakı, 20 iyun, AZƏRTAC 

Rusiya neft sənayesində OPEC qeyri-müəyyənliyi davam edir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov deyib.

“Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına əsasən, qlobal neft tədarükü tələbatı ötəcək. Neftin qiymətində isə dəyişkənlik riski mövcuddur. OPEC və bəzi qeyri-OPEC ölkələri arasında razılaşdırılan neft hasilatının azaldılmasına dair sazişlə bağlı qeyri-müəyyənliklər davam edir. Rusiyanın neft şirkətləri arasında ümumi bir yanaşma yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, iyulun 1-2-də OPEC Nazirlər Şurasının 176-cı iclası, eləcə də OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşü keçiriləcək. Həmçinin “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası iyulun 1-də təşkil ediləcək.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.