İQTİSADİYYAT


Sahibkarların “Azərişıq” ASC-yə müraciətlərinin sayı artıb

Bakı, 7 iyun, AZƏRTAC

Ötən ilin müvafiq dövri ilə müqayisədə sahibkarların müraciətləri iki dəfə çoxalıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Mayda “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 424 sahibkar müraciət edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Sahibkarların müraciətlərinin sayında ciddi artım müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanın imzalanması və şəbəkəyə qoşulma müddətinin 24 gündən 20 günə, prosedurların isə 3-dən 2-yə endirilməsi kifayət qədər ciddi islahat sayılır. Bundan başqa, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, “Azərişıq” ASC-nin elektron xəritəsinin “ASAN xidmət”in işinə inteqrasiya edilməsi və nəhayət müraciətlərin elektron qaydada qəbul olunması da müsbət mənada öz rolunu oynayıb.

Bununla yanaşı, apreldə 4 min 355 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib.

Ümumilikdə isə mayda “Azərişıq” ASC-yə göstərdiyi 15 xidmət üzrə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 30 minə qədər müraciət daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.