DÜNYA


“Taliban” hərəkatına zərbə: azı 10 silahlı öldürülüb, 6-sı yaralanıb

Bakı, 15 iyun, AZƏRTAC

Əfqanıstanın cənubunda yerləşən Qəndahar vilayətinin iki rayonunda ABŞ aviasiyasının zərbələri nəticəsində azı 10 silahlı öldürülüb, 6-sı yaralanıb.

AZƏRTAC Khaama Press agentliyinə istinadla xəbər verir ki, öldürülənlər arasında Pakistandan olan 5 silahlı da var. Əməliyyat zamanı, həmçinin beş əldəqayırma partlayıcı qurğu, silahlılara məxsus beş sığınacaq və onların nəqliyyat vasitələri məhv edilib.

Əfqanıstan təhlükəsizlik orqanlarının məlumatına görə, Gilmənd vilayətində aparılan digər əməliyyat zamanı “Taliban”ın daha 15 silahlısı öldürülüb.

“Taliban” hərəkatı baş verənləri hələlik şərh etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.