DÜNYA


Tereza Mey Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska məktub göndərib

London, 20 mart, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska məktub göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda Baş nazir ölkənin Avropa İttifaqından ayrılma müddətinin 30 iyuna qədər təxirə salmaq istəyini ifadə edib. O bildirib ki, 2 dəfə parlamentdə qəbul edilməyən Brexit müqaviləsini 3-cü dəfə səsverməyə çıxarmaq istəyir, lakin bunun üçün zamana ehtiyac var. Bununla bərabər xanım Mey Brexitin iyunun 30-dən irəli keçməyəcəyini vəd edib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.