DÜNYA


Ukraynada yük avtomobilinin çaya düşməsi nəticəsində azı 4 nəfər həlak olub

Kiyev, 12 iyun, AZƏRTAC

Ukraynanın Zakarpatya vilayətində yük avtomobilinin çaya düşməsi nəticəsində azı dörd nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı xəbərə əsasən avtomobildə 5 nəfər olub, hazırda beşinci şəxsin axtarışları davam etdirilir.

Həlak olanlardan ikisi meşə təsərrüfatı idarəsinin işçisi olub. İlkin ehtimala görə, qəzaya səbəb leysanla müşahidə olunan güclü yağış olub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.