ELM VƏ TƏHSİL


Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi Neft-Kimya Prosesləri İnstitutunda qeyd olunub

Bakı, 12 iyul, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də ilk dəfə olaraq Azərbaycanda siyasi rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, institutun direktoru, akademik Vaqif Abbasov tədbirdə çıxış edərək Heydər Əliyevin dahi, uzaqgörən, müdrik siyasətçi olduğunu, müasir Azərbaycanın yaradıcısı olduğunu qeyd edib. Həmçinin Heydər Əliyevin dünya siyasətində mövqeyi, ölkənin bugünkü uğurlarında onun siyasətinin rolu şərh olunub. Bu gün uğurla davam edən Heydər Əliyev siyasətinin xalqa, dövlətə gətirdiyi nailiyyətlər faktlara təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Heydər Əliyevin böyük siyasətini uğurla davam etdirdiyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.