REGİONLAR


Xaçmazda keçirilən humanitar aksiyada 150-yə yaxın donor könüllü qan verib VİDEO

Xaçmaz, 25 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 25-də Xaçmaz rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 150-yə yaxın könüllü donordan qan götürülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanvermə aksiyası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilib.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.