DÜNYA


Yaponiya plastik paketlərdən ödənişsiz istifadəni ləğv edəcək

Tokio, 16 iyun, AZƏRTAC 

Yaponiyada gələn ilin aprelindən başlayaraq pərakəndə satış müəssisələrində alıcılara plastik paketlərin ödənişsiz verilməsi ləğv ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko hökumətin planları barədə məlumat verərkən bildirib.

G20 ölkələrinin enerji və iqlim məsələləri üzrə nazirlərinin Naqanoda keçirilən görüşündə H.Seko qeyd edib ki, dünya okeanının plastik tullantılarla çirklənməsi ümumdünya problemidir və onun aradan qaldırılması ictimai təşkilatlarla yanaşı, həm də özəl sektorun işidir.

Yapon nazir deyib ki, hökumət hansı növ plastik paketlərin və xammalın ləğvi üzərində sürətlə çalışır. Bununla əlaqədar kiçik və orta biznesin müdafiəsi məqsədilə addımların atılması da nəzərdə tutulur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.