DÜNYA


Yaponiyalı alimlər Ryuqu asteroidində suyun olduğunu təsdiq ediblər

Tokio, 20 mart, AZƏRTAC 

Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) və bir neçə universitet hazırda “Hayabusa-2” kosmik zondunun araşdırmalar apardığı Ryuqu asteroidində suyun olduğunu təsdiq ediblər.

AZƏRTAC JAXA-ya istinadla xəbər verir ki, alimlər iki aydır zonddakı infraqırmızı şüa vasitəsilə asteroidin qaya süxurlarının tərkibini araşdırırlar. Bunun nəticəsi olaraq bildirilir ki, Ryuqu asteroidində olan dağ süxurlarında suyun olduğu təsdiqini tapıb. Bu isə o deməkdir ki, asteroidin səthində su var, lakin o, nə maye, nə də buz halında deyil, hidratlaşmış minerallar şəklindədir.

Xatırladaq ki, fevralda asteroidə enən zond buradakı süxurların nümunələrini götürüb. JAXA-dan olan mütəxəssislərin bildirdiyinə görə, Ryuqu çox güman ki, kosmik cisimlərin toqquşması nəticəsində əmələ gəlib.

Tədqiqat qrupunun üzvü olan Kohey Kitazatonun bildirdiyinə görə, “Hayabusa-2” zondu asteroiddən götürdüyü nümunələri 2020-ci ildə Yerə çatdıracaq və bu, külli miqdarda kəşflərə yol açacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.