İQTİSADİYYAT


® ABŞ-ın qadağası “Huawei”in Avropadakı 5G şəbəkəsindən geri çəkilməsinə yol açmayacaq

Yüksəksəviyyəli Avropa hökumət rəsmiləri Vaşinqtonun son hərəkətinin Çinin telekommunikasiya nəhəngi üçün təhlükə yaratmadığını söyləyir.

Avropa səviyyəsində iki yüksəksəviyyəli hökumət rəsmisi "Asia Times" qəzetinə verdikləri müsahibədə ABŞ-ın elektron tərkib hissələrinin "Huawei" texnologiyalarının satışına qadağa qoymasının Çinin telekom şirkətinin Avropada 5G mobil şəbəkələrinin qurulmasına mane olmadığı barədə müzakirələr aparıb.

Avropanın bu mövzuda həqiqətən bir seçimi yoxdur, səlahiyyətlilər arxa fonda müzakirələrdə vurğuladılar. Çünki ABŞ rəqib məhsul təqdim etmir, "Huawei"in rəqibləri olan "Ericson" və "Nokia" şirkətləri isə Çin nəhəngini əvəz etmək qabiliyyətində deyillər.

İki Skandinaviya firması "Huawei"ə ciddi bir rəqabət təşkil etmirlər, lakin daha böyük çinli firma ilə yaxın əməkdaşlıq edirlər. İctimai mənbələrə görə "Huawei"in araşdırma və təkmilləşdirmə büdcəsi "Ericson" və "Nokia"nın birlikdə büdcəsindən ikiqat çoxdur.

Beləliklə, Avropa telekommunikasiya infrastrukturunda "Huawei", "Ericsson" və "Nokia" şirkətlərinin fəaliyyətləri bir-biri ilə əlaqəli olduğundan, başqalarına da təsir etmədən onlardan hər hansı birinə satışın qadağan edilməsi mümkün deyil. Telekommunikasiya siyasətinə nəzarət edən 10 iqtisadçıdan ibarət bir qrupun Vaşinqtonun bu tədbirinin təsirli olacağına şübhə ilə yanaşır.

Almaniya kansleri Angela Merkel və Hollandiyanın Baş Naziri Mark Rutte cümə axşamı jurnalistlərə verdikləri müsahibədə Çin firmasını qadağan etməyəcəklərini söylədilər və onların təhlükəsizliyini təmin etmək üçün siyasətlərinin olduğunu da əlavə etdilər. Fransanın Prezidenti Emmanuel Makron cümə gün texnologiya konfransında verdiyi açıqlamasında Fransanın perspektivinin "Huawei" və ya hər hansı digər şirkəti əngəlləmək olmadığını söylədi: “Fransa və Avropa praqmatik və realistdir". E.Makron təhlükəsizlik balansını ancaq yaxşı texnologiya ilə əldə etmək mümkün olduğunu da vurğuladı.

Tramp Administrasiyasının ötən ilin yazında Çinin daha kiçik telekommunikasiya firması olan “ZTE”yə ABŞ-ın telefon çiplərinin ixracını dayandırmasından sonra "Huawei" özünün təkmilləşdirilmiş çiplərini istehsal etmək planını həyata keçirdi. Mən apreldə Çin şirkətinin 2018-ci ilin dekabr ayından etibarən özünü təmin etdiyini bildirdim.

Köməkçi "HiSilicon" tərəfindən dizayn edilmiş və Tayvanın semikonduktor istehsal və digər firmalar tərəfindən hazırlanmış "Huawei"in Kirin çip dəsti effektiv olaraq ən yüksəksəviyyəli telefonları təchiz edən "Qualcomm" çiplərini əvəz edir.

Ötən həftə ictimaiyyətə açıqlanan "HiSilicon"un Baş icraçı direktorundan bir qeyd "Huawei"in çip istehsalında müstəqil olduğu təsdiqlədi və firmanın Çin Kommunist Partiyasının 1934-1935-ci illərdə uzun martında özünə yetərli olmaq adlı planı ilə müqayisə etdi.

"Huawei" Amerika firmalarından bir neçə elektron hissəsini idxal edir. Keçən həftə "Nikkei Asian" qəzetində və digər mətbuatlarda "Huawei"in əsas komponentlərinin bir illik inventarını topladığı bildirilib. Alternativ mənbələri tapmaq və ya sadəcə məhsulların mühəndislik xüsusiyyətlərini tərsinə çevirməsi "Huawei" üçün öz çip setlərini inkişaf etdirməkdən daha çətin bir problemdir.

"Google" "Huawei" telefonları üçün “Android” əməliyyat sistemi yeniləmələrini dayandırdı, bazar günü “Reuters” məlumat verdi. "Huawei" özünün telefon əməliyyat sistemini ehtiyat tədbiri kimi inkişaf etdirsə də, "Google"un qadağası "Huawei"in "Google" tətbiqləri, o cümlədən də "Gmail"dən istifadəsini məhdudlaşdırdı.

Çin təkmilləşdirdiyi çipləri ilə qiymət müharibəsinə qətiyyətlə cavab verə bilər. "Huawei Ascend" markası altında süni intellektə malik çipsetlərin portfelini açıqlayaraq böyük məlumat prosessorlarına və həmçinin də telefon firmalarına güc verdi.

Telekommunikasiya avadanlıqlarında dominant mövqeyinə sahib olduqdan sonra "Huawei" prosessor sahəsindəki "Qualcomm" və "Nvidia" şirkətləri də daxil olmaqla Amerikanın ən yaxşı çip dizayn edən şirkətləri ilə yarışır. Sənaye mütəxəssisləri Çin istehsal etdiyi çiplərin qiymətlərini ciddi şəkildə aşağı salmaqla Amerika firmalarını satışlarının çoxluq təşkil edən Asiya və Avropa bazarlarından sıxışdırıb çıxara biləcəyini Çinin Amerikanın ixracat qadağasına qarşı ən təsirli üsul olduğunu söyləyir.

ABŞ-ın ixrac qadağası, Asiyanın və avropalı alıcıların Çinin inkişaf edən çip texnologiyasına çevrilməsinə səbəb ola bilər. "Huawei" rəqiblərini bazardan çıxararaq rəqabətini ən aza endirən telekommunikasiya avadanlıq bazarında dominant oyunçu oldu.

"Huawei"in 188 min işçisindən 40 mini xarici işçilərdir və bunların bir çoxu isə Şenzen firmasının bütün dünyada dəstəklədiyi iyirmi bir tədqiqat mərkəzində işləyir. Əgər Tramp Administrasiyası "Huawei"in 5G versiyasını tətbiq etməsinə mane ola bilməsə, avropalı liderlərin də dediyi kimi "Huawei" çip dizaynda və istehsalında dominant bir şirkət kimi ortaya çıxa bilər.

Təəccüblü deyil ki, keçən həftə yarımkeçirici səhmlər üzrə ABŞ-ın mübadiləsi ən pis icraçılar arasında idi. Nvidia 100 S & P icraçısı arasında ən pisi idi və həftə boyunca 7,2 faiz itki verdi. Ticarət müharibəsi, S & P 500-də sektorun fəaliyyət göstərməsinə mane olur. Kənd təsərrüfatı maşınları ABŞ-ın təsərrüfat ixracatının zəifliyini nəzərə alaraq, geniş göstəricidə ən pis performans göstərən sektor idi.

Ən yaxşı reallaşan sektorların hamısı müvəqqəti gəlirlərə mənfi əlaqə təşkil edirdi: kommunal xidmətlər, daşınmaz əmlak investisiya fondları, istehlakçı ştapelləri və bina tikinti sahələri.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.